Ana Sayfa > Gündəm / Karusel > Azərbaycanda 11 əcnəbi saxlanılıb

Azərbaycanda 11 əcnəbi saxlanılıb


8-07-2017, 13:40. Yazar: admin
Azərbaycanda 11 əcnəbi saxlanılıb


Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zaman ölkə ərazisində qanunsuz yaşayan 9 nə­fər Hindistan, 1 nəfər Banqladeş və 1 nəfər Ni­geriya və­tən­da­şı sax­­­lanılıb.

DMX-dan verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, Hindistan və­tən­daş­ları Marimuthu Suresh, Murugeshan Jayanal, Murugeshan Vignes, Manikandar Mathivazhagan, Elayaraja Radhakrishna, Vallyakalam Sebastian, Puthenpuraparmbu Majeed, Philip Rony, Cherian Sunish ölkəyə "ASAN Viza” sistemi vasitəsilə verilmiş elektron viza ilə gəliblər. Qeyd edilən əcnəbilərin Şri Lanka vətəndaşı Sahul Hameeduge Sanoordeen tərəfindən Azərbaycanda müvafiq yaşama icazələrinin alınması vədi ilə aldadılaraq gətirildiyi müəyyənləşib.

Bundan əlavə, adıçəkilən Hindistan vətəndaşlarının və Nigeriya vətəndaşı Akhabue Wilfred Ehikioyanın qeydiyyatsız olaraq yaşadıqları "Sport Baku Hostel”in inzibatçısı Elnur Məm­mə­dov tərəfindən on­lara təhsil pərdəsi al­tın­da müvəqqəti yaşama icazələrinin alın­ma­sı­na dair vədlər verildiyi və həmin şəxs­lə­rin qanunsuz olaraq ölkə ərazisində qalmalarına şərait yarıdıldığı məlum ol­ub.

"Sport Baku Hostel”də saxlanılmış Banqladeş vətəndaşı 1 avqust 1988-ci il təvəllüdlü MD Shawa Buhiyanın əvvəllər ölkə ərazisindən kənara inzibati qaydada çıxarıldığı, bi­lə­rək­dən pasport məlumatlarını dəyişərək 10 avqust 1988-ci il təvəllüdlü Nur Mohammad kimi Azərbaycana yenidən daxil olduğu aşkarlanıb.


AİA.az
Geri dön