Ana Sayfa > Gündəm / Manşet > Yağış, leysan, dolu - Bu günün hava proqnozu
Yağış, leysan, dolu - Bu günün hava proqnozu8-07-2017, 13:37. Yazar: admin |
Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti, Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 % , gündüz 50-60% təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gündə Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin yaratdığı nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. AİA.az Geri dön |