Ana Sayfa > İdman > Messidən xeyirxah addım

Messidən xeyirxah addım


7-07-2017, 18:44. Yazar: admin
Messidən xeyirxah addım


Argentina yığmasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi toyundan qalan yemək və içkiləri Rosario şəhərindəki xeyriyyə təşkilatına verib.

AİA.Az goal.az-a istinadən xəbər verir ki, təşkilatın direktoru Pablo Alqarena "Bleacherreport"a açıqlamasında bildirib ki, ərzaq, yemək və spirtisiz içkiləri qəbul ediblər. Lionel Messi iyunun 30-da doğulduğu Argentinanın Rosario şəhərində Antonella Rokuzo ilə ailə həyatı qurub.Toy mərasimində 260 qonaq, o cümlədən Neymar, Jerar Pike, Karles Puyol, Qonsalo İquain və Luis Suares kimi futbol ulduzları qatılıblar. Bundan əlavə, mərasimə 157 yerli və xarici jurnalist akkreditə olunub. Cütlük qonaqlara hədiyyə qismində uşaqlara yardım üçün yaradılmış "Messi Fondu"na ianə etməyi təklif ediblər.

AİA.az
Geri dön