Ana Sayfa > Dünya / Karusel > Mahsun Kırmızıgül 18 aylıq Zəhra haqda: "Min dəfə lənət olsun"

Mahsun Kırmızıgül 18 aylıq Zəhra haqda: "Min dəfə lənət olsun"


7-07-2017, 12:27. Yazar: admin
Mahsun Kırmızıgül 18 aylıq Zəhra haqda: "Min dəfə lənət olsun"


Türkiyəli müğənni-aktyor Mahsun Kırmızıgül Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən18 aylıq Zəhra ilə bağlı paylaşım edib.

AİA.az axşam.az-a istinadən bildirir ki,sənətçi körpənin qanlar işində olan şəklini yayımlayaraq hadisəni törədənləri lənətləyib:
"Zəhra körpə nənəsi ilə birlikdə Azərbaycanda öldürüldü. Bu aləmdə uşaqlar hələ də ölməyə davam edir. Adları, dinləri, ölkələri fərqli olsa da, ölən uşağın kimliyinin heç bir əhəmiyyəti yoxdur. Dinc əhaliyə qarşı törədilən bu kimi alçaq hücumlar kimdən gəlirsə gəlsin, min dəfə lənət olsun".

AİA.az
Geri dön