Ana Sayfa > Siyasət > Azay Quliyev Monteneqro parlamentinin sədri ilə görüşüb

Azay Quliyev Monteneqro parlamentinin sədri ilə görüşüb


7-07-2017, 12:09. Yazar: admin
Azay Quliyev Monteneqro parlamentinin sədri ilə görüşüb






ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Minskdə qurumun 26-cı illik sessiyası çərçivəsində Monteneqro parlamentinin sədri İvan Brayoviçlə görüşüb. Adalet.az xəbər verir ki, görüşdə İvan Brayoviç 2016-cı ilin oktyabrında Monteneqroda keçirilən seçkilərdə ATƏT PA-nın müşahidə missiyasının rəhbəri kimi Azay Quliyevin fəaliyyətini yüksək qiymətləndirib.

İki ölkə arasında əməkdaşlığın perspektivləri barədə danışan İ.Brayoviç Azərbaycan ilə Monteneqronun dost ölkələr olduğunu qeyd edib. Spiker Azərbaycan tərəfindən Monteneqronun iqtisadiyyatına qoyulan investisiyanı yüksək qiymətləndirib. İ.Brayoviç artıq ölkə parlamentinin seçkilərdən sonra tam funksiya ilə işlədiyini bildirib, ölkəsinin NATO-ya üzv qəbul olunmasını uğurlu qərar kimi dəyərləndirib.

A.Quliyev öz növbəsində bildirib ki, ATƏT PA-ya üzv olan ölkələrdə seçkilərin ədalətli və obyektiv keçirilməsi önəmlidir. O bildirib ki, Azərbaycan və Monteneqro arasında çox gözəl münasibətlər var və ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir.

ATƏT PA-nın vitse-prezidenti onun təşəbbüsü ilə qurumda yaradılacaq "İpək yolu” dəstək qrupuna verdiyi dəstəyə görə Monteneqro parlamentinin spikeri İvan Brayoviçə təşəkkürünü bildirib.

İ.Brayoviç bu dəstək qrupunun yaradılmasının çox uğurlu təşəbbüs olduğunu qeyd edib.

AİA.az
Geri dön