Ana Sayfa > Siyasət / Manşet > Prezidentin köməkçisi: “Niyə ağızlarını açıb bir söz demirlər, nə səbəbə susurlar?”

Prezidentin köməkçisi: “Niyə ağızlarını açıb bir söz demirlər, nə səbəbə susurlar?”


6-07-2017, 11:44. Yazar: admin
Prezidentin köməkçisi: “Niyə ağızlarını açıb bir söz demirlər, nə səbəbə susurlar?”



Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov beynəlxalq QHT-ləri Alxanlı olayına seyrçi qalmaqda suçlayıb.

AİA.az xəbər verir ki, N.Məmmədov özünün Facebook səhifəsində bu haqda belə yazıb:

"İnsan haqlarının müdafiəsini özlərinin əsas missiyası hesab edən beynəlxalq QHT-lər Alxanlı kəndini atəşə tutaraq uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı, görəsən, niyə ağızlarını açıb bir söz demirlər, nə səbəbə susurlar? Qəribədir, deyilmi?"
N.Məmmədov daha sonra qeyd edib: "Hesab edirəm ki, insan haqları məsələsində ədalətli və səmimi olsaydılar, bu sahəyə çox “diqqət yetirən” bir sıra böyük dövlətlərin rəsmiləri də Alxanlıda dinc insanların qətlinə münasibət bildirərdilər. Amma əfsuslar".

AİA.az
Geri dön