Ana Sayfa > Gündəm / Manşet > Mehriban Əliyeva 2 yaşlı Zəhranın qətlindən yazdı
Mehriban Əliyeva 2 yaşlı Zəhranın qətlindən yazdı6-07-2017, 11:38. Yazar: admin |
![]() Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Füzuli rayununun Alxanlı kəndində 2 yaşlı Zəhra Quilyeva və nənəsi Sahibə Quliiyevanın işğalçı Ermənistan silahlı qüvvələrin tərəfindən qətlə yetirilməsinə münasibət bildirib. AİA.az xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı özünün "Twitter" səhifəsində yazıb: "Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır! Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!" Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alıxanlı kəndini ağır silahlardan atəşə tutub. Hadisə nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. Mülki obyektlərə ciddi ziyan dəyib. AİA.az Geri dön |