Ana Sayfa > Gündəm / Manşet > "Qisas əməliyyatı" - "Ermənistana hərbi təzyiq artırılmalıdır"

"Qisas əməliyyatı" - "Ermənistana hərbi təzyiq artırılmalıdır"


5-07-2017, 16:00. Yazar: admin
"Qisas əməliyyatı" - "Ermənistana hərbi təzyiq artırılmalıdır"



Biri vurmalı, o biri vurana haqq və dəstək qazandırmalıdır.

"Füzulinin Alxanlı kəndi iyulun 4-də raket atəşinə tutularkən Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-ın Ermənistandakı səfiri ilə birgə Amerika səfirliyi ərazisində ərik ağacı əkirdi. Dünən, yəni 4 iyulda Amerikanın müstəqillik günü idi və Sarkisyan səfir vasitəsilə Amerikaya yaltaqlanmaq üçün şəxsən səfirliyə getmişdi. İkiüzlülüyə bax ki, Sarkisyan Amerika səfirinə yaltaqlanarkən və onun vasitəsilə Amerikanın Ermənistana etdiyi maliyyə yardımına görə təşəkkür edərkən, eyni vaxtda Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun guya cəbhə bölgəsində Amerika raketlərindən istifadə etdiyinə dair xəbər yayırdı".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.



Politoloqun fikrincə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə iyulun 11-ə nəzərdə tutulan görüşdən imtina etməlidir: "Bu arada "qisas əməliyyatı" vasitəsilə Ermənistana hərbi təzyiq artırılmalı, eyni zamanda böyük dövlətlərə aydın mesaj göndərilməlidir ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər atəşkəsə riayət edəcəyimizi bizdən gözləməsinlər. Azərbaycan Müdafiə Nazirliyi ilə Xarici İşlər Nazirliyi təmas halında çalışmalıdırlar. Biri vurmalı, o biri vurana haqq və dəstək qazandırmalıdır".

AİA.az
Geri dön