Ana Sayfa > Cəmiyyət > Ermənistanın 5 hərbçisi məhv edilib, 4-ü yaralanıb

Ermənistanın 5 hərbçisi məhv edilib, 4-ü yaralanıb


5-07-2017, 15:51. Yazar: admin
Ermənistanın 5 hərbçisi məhv edilib, 4-ü yaralanıb


Ötən gecə təmas xəttində təxribata əl atan Ermənistan silahlı qüvvələri ağır itki verib.

Bu barədə ermənilər özləri sosial şəbəkələrdə məlumat yayıblar.

"Armenians" səhifəsində paylaşılan məlumata əsasən 5 erməni hərbi qulluqçu ordumuz tərəfindən cavab atəşi ilə məhv edilib, 4 əsgər isə ağır yaralanıb.

Yaralı hərbçilərin Xankəndi hospitalına yerləşdirildiyi bildirilir. Hazırda ölən və yaralıların adları dəqıqləşdirilir.

Ermənistanın Müdafiə Nazirliyi isə hələ də bu barədə açıqlama yaymayıb. Görünür, düşmən tərəfi adəti üzrə itkilərini gizlətməyə çalışır.

AİA.az
Geri dön