Ana Sayfa > Gündəm / Karusel > "Ürəyimiz yanır, təki vətən sağ olsun" - Zəhranın atası

"Ürəyimiz yanır, təki vətən sağ olsun" - Zəhranın atası


5-07-2017, 15:50. Yazar: admin
"Ürəyimiz yanır, təki vətən sağ olsun" - Zəhranın atası


“Ürəyimiz yanır. Amma düşmənin də ürəyini yandıracağıq”.

Bunu AzVision.az-ın Alxanlı kəndinə ezam olunan əməkdaşına açıqlamasında ötən gün düşmən təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev deyib.

E.Quliyev əminliklə vurğulayıb ki, cənab prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı işğaldan azad edəcəyik.

"Qızımın ölümü bizim üçün çox ağır dərddir. Amma nə etmək olar, vətən sağ olsun. İnanıram ki, ordumuz düşməndən qisasımızı alacaq".

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

AİA.az
Geri dön