Ana Sayfa > Gündəm / Karusel > Alxanlı sakinləri tank əleyhinə qumbaraatanla öldürülüb - RƏSMİ

Alxanlı sakinləri tank əleyhinə qumbaraatanla öldürülüb - RƏSMİ


5-07-2017, 15:47. Yazar: admin
Alxanlı sakinləri tank əleyhinə qumbaraatanla öldürülüb - RƏSMİ


Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həyatını itirənlərin meyitlərinin müayinəsi zamanı tank əleyhinə minanın fraqmentləri aşkar olunub.

Bunu Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov XİN-də keçirilən brifinqdə deyib.

O, bildirib ki, ötən gün Alxanlıda baş verən hadisə ilə bağlı artıq Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb.

“Bu, ermənilərin dinc əhaliyə qarşı ilk təxribatı deyil. İstintaq qrupu yaradılıb. Meyitlərə baxış keçirilərkən onların tank əleyhinə qumbaraatan mərmilərinin qəlpələrindən öldüyü məlum olub. Cinayət işi üzrə obyektiv araşdırma aparılmaqla, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir". - E.Sultanov deyib.

Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

AİA.az
Geri dön