Ana Sayfa > Gündəm / Manşet > "İntiqamlarını alacağam" - Ölən 2 yaşlı Zəhranın atası
"İntiqamlarını alacağam" - Ölən 2 yaşlı Zəhranın atası5-07-2017, 13:57. Yazar: admin |
"Ermənilər dəfələrlə bizim kəndimizi atəşə tutub. Bir neçə gün əvvəl də mərmi atmışdılar". Bunu azvision.az-a açıqlamasında axşam saatlarında düşmən təxribatı nəticəsində həlak olan Füzuli rayonunun Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev deyib. O, eyni zamanda təxribatda anası, 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızını da itirib. Elnur Quliyev erməni işğalçılarından intiqam alacağını söyləyib: "Mən bu qanı yerdə qoymayacağam. Anamın da, qızımın da intiqamını alacağam". Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. AİA.az Geri dön |