Ana Sayfa > Qərbi Azərbaycan > Bakıda növbəti həkim məsuliyyətsizliyi: Ana doğuş zamanı qanaxmadan öldü - FOTO
Bakıda növbəti həkim məsuliyyətsizliyi: Ana doğuş zamanı qanaxmadan öldü - FOTO5-07-2017, 11:35. Yazar: admin |
Azərbaycanda daha bir hamilə qadın həkim səhlənkərlığı nəticəsində dünyasını dəyişib. AİA.Az xəbər verir ki, bu haqda azxeber.com-a mərhum Turanə Məmmədovanın yaxınları məlumat verib. Onların dediyinə görə, Turanə Məmmədova "Qara Qarayev"də yerləşən 7 saylı doğum evində dünyasını dəyişib. Hamilə olan xanımı xəstəxanada qan analizi vermədən keysəriyyə əməliyyatına salıblar. Mərhumun yaxınlarının iddiasına görə, xəstədə trombosit çatışmazlığı olub. Əməliyyat zamanı qanaxmanın qarşısını almaq mümkün olmayıb. Mərhumun uşağı isə dünyaya gəlib. "Qara Qarayev" Xəstəxanasından portalımıza deyilib ki, məsələylə bağlı ətraflı məlumat veriləcək. Xəstəxanada dünyasını dəyişən xanımın fotosunu təqdim edirik: AİA.az Geri dön |