Ana Sayfa > Dünya / Karusel > Sevda: "Efirdə yekəpər görünürəm"
Sevda: "Efirdə yekəpər görünürəm"5-07-2017, 11:23. Yazar: admin |
"Bilmirəm, efirdə niyə böyük görünürəm. Hamı məni real həyatda görəndə təəccüblənir. Deyirlər, efirdəkindən daha gözəlsən. Uşaqlıqdan bu belədir. Bilmirəm, nədənsə efirdə yekəpər görünürdüm". AİA.az axşam.az-a istinadən bildirir ki,bu sözləri əməkdar artist Sevda Ələkbərzadə "Hər şey daxil" verilişində deyib. Artıq çəkilərindən qurtulan müğənni efirdə olduğundan böyük görünməsindən şikayətlənib. Sevda efirlərə az-az çıxmasının səbəbini belə izah edib: "Efirə tez-tez çıxmağı sevmirəm. Bəlkə bəziləri bunu anlamır. Amma mən ən çox studiyalarda çalışıram. Efirə nadir hallarda çıxıram. Atam jurnalist idi, AzTV-də çalışırdı. Bizim evdə həmişə çəkilişlər olurdu. Ona görə mənim üçün efir adi hal kimi görünür". S.Ələkbərzadə filmə çəkilmək təklifi olarsa, ona müsbət yanaşacığını da deyib: "Yaxşı filmə çəkilmək istəyərdim. Əslində mən aktrisalığı bitirmişəm. Səviyyəli yumor olsa, komediya filmində çəkilərəm". AİA.az Geri dön |