Ana Sayfa > Gündəm / Manşet / Karusel > Ramil Usubov daha bir polis rəisini işdən çıxartdı
Ramil Usubov daha bir polis rəisini işdən çıxartdı22-10-2015, 13:03. Yazar: admin |
Nazir əmr imzalayıb. Bakıda daha bir polis rəisi işdən çıxarılıb. Aia.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur. Qeyd edək ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib Geri dön |