Ana Sayfa > Media > 18 ildir evlidirlər: "Gözəl həyat yoldaşı, güclü qadın"

18 ildir evlidirlər: "Gözəl həyat yoldaşı, güclü qadın"


4-07-2017, 16:51. Yazar: admin
18 ildir evlidirlər: "Gözəl həyat yoldaşı, güclü qadın"



Keçmiş futbolçu Devid Bekhemlə dizayner Viktoriya Bekhemin evlilik ildönümüdür.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlük ailə qurmalarının 18-ci ilini qeyd edir. Devidlə Viktoriya sosial şəbəkədə bir-birlərini belə təbrik ediblər:

Devid: “Vau, biz bunu həqiqətən edə bildik. Mənim gözəl xanımım, gözəl ana və güclü iş qadını! Səni təbrik edirəm. Səni sevirəm”.

Viktoriya: “Mən səni sevirəm. Öpürəm!”.

Qeyd edək ki, Devidlə Viktoriya 1999-cu ildə ailə qurublar. Cütlüyün toyu 800 min dollar təşkil etmişdi. Viki isə gəlinliyini Vera Vonqdan seçmişdi. Hazırda onların Bruklin, Romeo, Kruz adlı 3 oğlu, Harper adlı bir qızı var.

AİA.az
Geri dön