Ana Sayfa > Gündəm / Karusel > Orxan Zeynalovun ekstradisiyası ilə bağlı iş aparılır

Orxan Zeynalovun ekstradisiyası ilə bağlı iş aparılır


4-07-2017, 15:45. Yazar: admin
Orxan Zeynalovun ekstradisiyası ilə bağlı iş aparılır


2013-cü ildə Moskvada Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlində ittiham edilərək 17 il həbs cəzası alan Orxan Zeynalovun Azərbaycana ekstardisiya olunmasilə bağlı ailəsinə dövlət qurumundan məktub göndərilib.

Bunu AzVision.az-a Orxan Zeynalovun atası Zahid Zeynalov bildirib. Atası O.Zeynalovla əlaqə saxlaya bilmədiyini deyib. Onun sözlərinə görə, dövlət qurumları tərəfindən O.Zeynalovun ekstradisiyası ilə bağlı iş aparılır.

“Keçən il mən və həyat yoldaşım Orxanı görümək üçün Rusiyaya getmişdik. Həmin vaxtdan sonra oğlumla əlaqə saxlaya bilmirik. Telefonla danışmağa icazə verilmir. İndi həyat yoldaşım xəstə olduğundan Rusiyaya gedə bilmirik.

Üç ay əvvəl Ədliyyə Nazirliyindən müraciətimizə cavab məktubu göndərildi. Məktubda Orxanın Azərbaycana ekstradisiya olunması ilə bağlı işlərin görüldüyü qeyd olunub”.

Z. Zeynalovun sözlərin görə, oğlu yeni həbsxanaya köçürülüb: “Orxanı başqa bir şəhərə köçürüblər. Orada vəziyyətinin necə olduğunu bilmirik. İstəyimiz budur ki, Orxanı öz ölkəmizə ekstradisiya etsinlər. Gəlib, cəzasını burada çəksin. Dövlət qurumlarından xahiş edirəm ki, oğlumun işi ilə maraqlansınlar”.

O. Zeynalovun anası da oğlu üçün darıxıdığı söyləyib: “Orxanı çoxdandır görmürəm, səsini də eşitmirəm. Onun üçün çox darıxıram. Xəstə olduğuma görə yanına gedə bilmirik. Ona görə çox narahatıq. Oğlumu heç olmasa bir dəfə görmək istəyirəm”.

Xatırladaq ki, Orxan Zeynalov Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinir. O, 2013-cü ildə 17 il müddətinə azadlıqdan məhrum edilib.
Geri dön