Ana Sayfa > Gündəm > İŞİD-ə qoşulan azərbaycanlıya hökm oxundu - 9 il
İŞİD-ə qoşulan azərbaycanlıya hökm oxundu - 9 il3-07-2017, 17:15. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilərək həbs edilən Nicat Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Əhmədov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, N.Əhmədov 2015-ci ilin iyunun 21-də Suriya və İraq ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə Türkiyəyə, oradan isə Suriyaya gedib. N.Əhmədov həmin il dekabrın 4-dək “İraq-Şam İslam Dövləti” – “İŞİD” adlı qanunsuz silahlı birləşmənin qanunsuz silahlı birləşmələrinə qoşularaq radikal dini və hərbi təlimlər keçib. AİA.az Geri dön |