Ana Sayfa > Cəmiyyət / Karusel > Kürdə batan digər polisin də meyiti tapıldı

Kürdə batan digər polisin də meyiti tapıldı


3-07-2017, 11:22. Yazar: admin
Kürdə batan digər polisin də meyiti tapıldı



Dünən Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış 2 nəfərdən biri, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarıldığı haqda məlumat vermişdik. Kür çayında batan digər polis də meyiti tapılıb.

AİA.Az FHN-ə istinadən xəbər verir ki, iyulun 2-də Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış digər 1 nəfərin - 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi saat bu gün saat 09:27-də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

AİA.az
Geri dön