Ana Sayfa > İdman > Millimizin sabiq üzvünün yeni klubu müəyyənləşdi

Millimizin sabiq üzvünün yeni klubu müəyyənləşdi


1-07-2017, 18:30. Yazar: admin
Millimizin sabiq üzvünün yeni klubu müəyyənləşdi



Millimizin sabiq futbolçusu Ufuk Budak karyerasını Türkiyənin I liqasında mübarizə aparan "Samsunspor"da davam etdirəcək.

AİA.Az goal.az-a istinadən xəbər verir ki, klub saytı 27 yaşlı sol cinah müdafiəçisi ilə 2 illik müqavilə bağlanıldığını yazıb.

Qeyd edək ki, U.Budak ötən mövsüm Türkiyənin I liqasında çıxış edən "Manisaspor"da forma geyinib. O, daha əvvəl "Eskişehirspor", "Qaziantep BB" və "Kayserispor"un da şərəfini qoruyub.

U.Budak 2011-ci ildə Azərbaycan yığmasına dəvət alıb və indiyə qədər 17 matçda iştirak edib.

AİA.az
Geri dön