Ana Sayfa > Parlament > Ötən gün dənizdə batan ikinci şəxsin kimliyi məlum oldu
Ötən gün dənizdə batan ikinci şəxsin kimliyi məlum oldu1-07-2017, 17:42. Yazar: admin |
Daxili İşlər Nazirliyi (DİN) ötən gün dənizdə boğulan şəxslər barədə məlumat yayıb. AİA.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da Bakı şəhər sakinləri Hüseyn Rəhimov və Səbinə Abıyeva Suraxanı rayonunun Hövsan qəsəbəsindəki dəniz çimərliyində boğulublar. H.Rəhimovun meyiti sudan çıxarılıb, S.Abıyevanın meyitinin tapılması istiqamətində tədbirlər görülür. Qeyd edək ki, iyunun 30-da Fövqəladə Hallar Nazirliyi də hadisə barəsində məlumat yayıb. Məlumata görə, Bakının Suraxanı rayonunda dənizdə çimərkən batmış iki nəfərdən birinin, 1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun meyiti saat 18:04-də batdığı yerdən 100-150 metr aralıdan KGN və SXDX-nın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. AİA.az Geri dön |