Ana Sayfa > Dünya > Hadisə və bacısını təhdid edirlər

Hadisə və bacısını təhdid edirlər


1-07-2017, 17:26. Yazar: admin
Hadisə və bacısını təhdid edirlər


Müğənni Hadisənin həyatının təhlükədə olduğu deyilir.

AİA.Az axşam.az-a istinadən bildirir ki, müğənninin meneceri olan bacısı Hülya Açıkgöz Hadisənin tədbirlərində onun təhlükəsizliyini təmin etməsi üçün bir agentliklə müqavilə bağlamışdı.

Lakin bir neçə gün əvvəl həmin agentliyin nümayəndəsi olaraq Hadisənin cangüdənliyini edən Emin Yıldırım işdən çıxıb. İddiaya görə, o, son maaşını və təzminatını ala bilməyib və bunun səbəbini Hülya ilə əlaqələndirib.

Bu səbəbdən E.Yıldırım artıq neçə gündür ki, Hülyaya təhdid və şantaj dolu mesajlar yazaraq Hadisənin konsertini basacağını deyir:

"Mənə bax, Hadisənin konsertini basmaq istəmirəm. Mənim itirəcək bir şeyim yoxdur. Sənsə itirəcəklərini bir daha düşün. Mənə aid tək canım var. Mən haqqımı yedizdirmərəm. Həddini bil, özünə gəl".

Bundan sonra Hülya polisə müraciət edərək həyatlarının təhülkədə olduğunu deyib.

AİA.az
Geri dön