Ana Sayfa > Gündəm / Karusel > Prezident Yasamalın icra başçısını işdən çıxardı
Prezident Yasamalın icra başçısını işdən çıxardı1-07-2017, 15:59. Yazar: admin |
Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilib. Bununla bağlı prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Hələlik onun yerinə təyinat yoxdur. Qeyd edək ki, İ.Mehdiyev 2000-2006-cı illərdə Xətai rayon İcra Hakimiyyətinin başçısı, 2006-cı ildən bu günədək isə Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2016-cı ildə “Şöhrət” Ordeni ilə təltif olunub. 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. AİA.az Geri dön |