Ana Sayfa > Cəmiyyət > 4 evi yaran dəstə ələ keçirildi

4 evi yaran dəstə ələ keçirildi


1-07-2017, 15:07. Yazar: admin
4 evi yaran dəstə ələ keçirildi



Bakıda silsilə oğurluqlar törədən dəstə üzvləri tutulub.

AİA.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 29-da rayon ərazisindəki bağ evlərindən birindən 30 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rizvan Hüseynov, Orxan Qəzənfərov və Hikmət Qurbanov tutulublar.

Onların ətraflarında aparılan tədbirlərlə onların cari ilin yanvar ayından iyun ayınadək olan müddətdə 1 avtomobildən akkumulyator, 4 evdən isə məişət əşyaları oğurlamaları da müəyyən edilib.


AİA.az
Geri dön