Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Hüseyn Salamovun həbsi xəbəri yayıldı

Hüseyn Salamovun həbsi xəbəri yayıldı


21-10-2015, 19:56. Yazar: admin
Hüseyn Salamovun həbsi xəbəri yayıldı


Nəqliyyat sektorunda səs-küylü həbslər iddiası

Nəqliyyat sektorundakı özbaşınalıqlara görə də araşdırmalar başlayıb

Redaksiyamıza Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq rəisi Hüseyn Salamovun həbs edilməsi ilə bağlı məlumat daxil olub. Xəbərdə bildirilir ki, nəqliyyat sektorundakı özbaşınalıqlarla bağlı yoxlamalar başlayıb və ilkin olaraq H.Salamov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nəzərə çatdıraq ki, H.Salamov avqust ayında işdən çıxarılıb. Bu barədə müsavat.com-un ötən saylarında yazılmışdı. Avqust ayının 3-də Nəqliyyat Nazirliyində keçirilən Nəqliyyat Nazirliyinin bir çox vəzifəli işçiləri buraxdıqları qüsurlara görə işdən çıxarılıb. Nazirliyin tərkibində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov və 8 nəfər əməkdaş işdən qovulublar.

Qeyd edək ki, həmin görüşdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis vəzifəsinə Elnur Abdullayev təyin olunub. Maraqlıdır ki, həmin müşavirədə Z.Məmmədovun iştirak etmədiyi iddia olunurdu. Hüseyn Salamov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə 2014-cü ilin yanvarında təyin edilib.

Nəzərə çatdıraq ki, Avropa Oyunları zamanı H.Salamovun məsul olduğu sahədə ciddi nöqsanlar aşkarlanmışdı, “Atletlər kəndi”ndə baş verən qəzaya görə onun da sorğu-sual edildiyi bildirilirdi. (musavat.com)
Geri dön