Ana Sayfa > Dünya / Aia TV / Karusel > Əməkdar artistin vəziyyəti ağırlaşıb

Əməkdar artistin vəziyyəti ağırlaşıb


21-10-2015, 19:06. Yazar: admin
Əməkdar artistin vəziyyəti ağırlaşıb
Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanovanın vəziyyəti ağırlaşıb

Bu barədə aznews.az-a açıqlamasında tanınmış telejurnalist İradə İsaq məlumat verib. O, bildirib ki, aktrisanın vəziyyəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə və Musiqili Teatrına məlumat verib:

“Oktyabrın 19-da vəziyyəti lap ağır idi. 3 gündür ki, nəzarətdədir. Həkimlər lazımi köməkliyi edirlər. İndi bir az da olsa hərəkət edə bilir. Dili tutulub, danışa bilmir. Övladı da buradadır”.

İ.İsaq onu da əlavə edib ki, teatrın direktoru Əliqismət Lalayev onunla telefon əlaqəsi yaradıb:
“Gülnar xanımın səhhəti ilə maraqlandı. Dedi ki, “Bakıda deyiləm, gələn kimi özüm şəxsən ona baş çəkəcəyəm”. Amma aktrisaya kömək lazımdır. Ən azı mənəvi dəstək”.

Xatırladaq ki, Gülnar Salmanova xərçəng və şəkərli diabetdən əziyyət çəkir.
Geri dön