Ana Sayfa > Gündəm / Karusel > Ermənistan Azərbaycanla sərhəddə bunkerlər tikib

Ermənistan Azərbaycanla sərhəddə bunkerlər tikib


30-06-2017, 16:40. Yazar: admin
Ermənistan Azərbaycanla sərhəddə bunkerlər tikib



Ermənistan Azərbaycanla sərhəddə yerləşən Tavuş əyalətində mülki müdafiə məqsədi ilə 10 kənddə məntəqə (bunker) tikib.

AzVision.az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın fövqəladə hallar naziri David Tonoyan 2016-cı ilin dövlət büdcəsinin icrası haqqında dinləmələr zamanı deyib.

Nazirin sözlərinə görə, ötən il məntəqələr iki kənddə, bu il isə daha 8 kənddə tikilib.

"Mülki müdafiə məntəqələri praktiki olaraq tam şəkildə təchiz olunub. Ermənistan FHN-nin şəxsi heyəti mümkün hadisələrlə bağlı məntəqələrdəki hazırlığa nəzarət edir".

AİA.az
Geri dön