Ana Sayfa > Cəmiyyət > Sumqayıtda yaşayış binasında yanğın, 1 nəfər xəsarət alıb

Sumqayıtda yaşayış binasında yanğın, 1 nəfər xəsarət alıb


30-06-2017, 16:29. Yazar: admin
Sumqayıtda yaşayış binasında yanğın, 1 nəfər xəsarət alıb




Sumqayıt şəhərində ümumi sahəsi 720 m2 olan ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin bir otağının, dəhlizinin yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları yanıb.

AİA.az FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb, 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AİA.az
Geri dön