Ana Sayfa > Cəmiyyət / Karusel > Ukraynalı qızların ölümü İnstagram-da yayımlandı - VİDEO

Ukraynalı qızların ölümü İnstagram-da yayımlandı - VİDEO


30-06-2017, 15:48. Yazar: admin
Ukraynalı qızların ölümü İnstagram-da yayımlandı - VİDEO



Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində 2 gənc qızın ölümü ilə nəticələnən yol qəzası İnstagram-da canlı yayım zamanı baş verib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, 24 yaşlı Darya Medvedeva və onun azyaşlı rəfiqəsi 16 yaşlı Sofiya Maqerko spirtli içki qəbul etdikdən sonra sükan arxasına əyləşərək şəhəri içində gəzintilərini İnstagram-la yayımlayıblar.

Bu zaman qəfil idarəetməni itirən Darya Medvedeva qəza törədir və avtomobili ilə yaxınlıqdakı ağaca çırpılır.
Yüksək sürət səbəbindən hər iki qız hadisə yerindəcə keçinir.

AİA.az


Geri dön