Ana Sayfa > Gündəm > Naftalanda mənşəyi məlum olmayan heyvan əti yandırıldı
Naftalanda mənşəyi məlum olmayan heyvan əti yandırıldı30-06-2017, 15:35. Yazar: admin |
2017-ci il iyunu 21-də Daxili İşlər Nazirliyinin Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Naftalan şəhəri, Qasımbəyli kənd sakini Əmirxanov MürşüdMayıl oğlunun idarə etdiyi "VAZ-2107" markalı 45-BF-928 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerində mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilib. Naftalan Şəhər Polis Şöbəsinin müraciətinə əsasən Goranboy Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən "VAZ-2107" markalı 45-BF-928 dövlət nömrə nişanlı avtomobilin yük yerində antisanitar şəraitdə yığılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, ümumi çəkisi 65 kq olan heyvan cəmdəyinin və daxili orqanlarının qida üçün yararlığını və mənşəyini müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella typhimurium) aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin ətlərin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan əti və qida üçün tamamı ilə yararsız olması müəyyən edilib. Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Naftalan Şəhər Polis Şöbəsinə göndərilib. Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalmış, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, Naftalan şəhəri, Qasımbəyli kənd sakini Əmirxanov Mürşüd Mayıl oğlunun idarə etdiyi "VAZ-2107" markalı 45-BF-928 dövlət nömrə nişanlı avtomobilinin yük yerində aşkarlanmış vəmüvəqqəti saxlama kamerasına yerləşdirilmişümumi çəkisi 65 kq olan heyvan cəmdəyinin və daxili orqanlarının zərərsizləşdirilməsinə qərar verilib. Qərara uyğun olaraq aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan cəmdəyi və heyvanın daxili orqanları baytarlıq mütəxəssislərinin nəzarəti altında Goranboy rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilmişdir. AİA.az Geri dön |