Ana Sayfa > Gündəm / Manşet > Əcnəbilərin Azərbaycanı tərk etməsi ilə bağlı yeni ŞƏRTLƏR

Əcnəbilərin Azərbaycanı tərk etməsi ilə bağlı yeni ŞƏRTLƏR


30-06-2017, 15:17. Yazar: admin
Əcnəbilərin Azərbaycanı tərk etməsi ilə bağlı yeni ŞƏRTLƏR


Azərbaycana daxil olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəni tərk etməsi ilə bağlı yeni şərtlər müəyyənləşdirilib.

Bununla bağlı Miqrasiya Məcəlləsinin 38-ci (Elektron vizalar) maddəsinə təklif olunan yeni, 11-ci bənd Milli Məclisdə müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu, turistlərin gəliş-gedişinin asanlaşdırılmasında mühüm addımdır.

Yeni bəndə əsasən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti yaşama icazəsi almış şəxslər istisna olmaqla) ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.
Maddəyə edilən digər dəyişiklik isə elektron formada sürətləndirilmiş qaydada müraciət etdikdə belə müraciətlərə 3 saat ərzində baxılmasını təmin etməyin rəsmiləşdirilməsi ilə bağlıdır.

Layihə səsə qoyularaq qəbul olunub.

AİA.az
Geri dön