Ana Sayfa > İdman > Valbuena "Fənərbağça" ilə müqavilə bağladı

Valbuena "Fənərbağça" ilə müqavilə bağladı


29-06-2017, 18:17. Yazar: admin
Valbuena "Fənərbağça" ilə müqavilə bağladı



Türkiyənin "Fənərbağça" klubu Matye Valbuena ilə müqavilə imzalayıb.

AİA.Az qol.az-a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi iki illik müqaviləyə qol çəkib.

İstanbul təmsilçisi bu transfer üçün futbolçunun son klubu "Lion"a 1.5 milyon avro ödəyib. 33 yaşlı futbolçu yeni komandasında 28 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü 2 il çıxış etdiyi "Lion"da 56 oyunda 9 qol vurub.


AİA.az
Geri dön