Ana Sayfa > Parlament > Bakıda çempion qızın ölümü ilə bağlı CİNAYƏT İŞİ başlandı
Bakıda çempion qızın ölümü ilə bağlı CİNAYƏT İŞİ başlandı29-06-2017, 17:06. Yazar: admin |
Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb. AİA.Az Trend-ə istinadən bildirir ki, faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb. Xatırladaq ki, iyunun 28-də axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü R.Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb. R.Məmmədova dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion olub. AİA.az Geri dön |