Ana Sayfa > Media > Bakıda avtobusda 3 min manatlıq tapıntı - Yiyəsi axtarılır - FOTO

Bakıda avtobusda 3 min manatlıq tapıntı - Yiyəsi axtarılır - FOTO


29-06-2017, 17:05. Yazar: admin
Bakıda avtobusda 3 min manatlıq tapıntı - Yiyəsi axtarılır - FOTO




Bakıda avtobusda 3 min manat dəyəri olan noutbuk tapılıb.

Milli.Az xəbər verir ki, bu gün səhər saatlarında "BakuBus"a məxsus 99-JH-319 dövlət nömrə nişanlı avtobusda (Hava Limanı ekspress xətti üzrə hərəkət edən) xarici vətəndaşa məxsus olduğu güman edilən Apple MacBook Pro noutbuku unudulub.

"BakuBus"dan Milli.Az-a bildiriblər ki, itirilmiş əşyanın sahibi şirkətin Zığ -Hövsan yolu 1 km. 1 ünvanında yerləşən inzibati binasına yaxınlaşıb öz əşyasını götürə, yaxud da *4242 "qaynar xətti" və ya (012) 404-11-10 nömrəli telefonla əlaqə saxlaya bilər.

AİA.az
Geri dön