Ana Sayfa > Cəmiyyət > 47 yaşlı kişi kanalda batıb

47 yaşlı kişi kanalda batıb


29-06-2017, 17:02. Yazar: admin
47 yaşlı kişi kanalda batıb



Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 15 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

AİA.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1970-ci il təvəllüdlü Marif Arif oğlu Məmmədovun cəsədini sudan çıxarıblar.

Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:40-da başa çatıb.

AİA.az
Geri dön