Ana Sayfa > Dünya / Aia TV / Karusel > Azərbaycanda musiqi festivalı keçiriləcək

Azərbaycanda musiqi festivalı keçiriləcək


21-10-2015, 17:41. Yazar: admin


Xalq artisti Vasif Adıgözəlovun anadan olmasının 80 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək

“Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2015-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən 26-31 oktyabr tarixində bəstəkara həsr olunmuş musiqi festivalının keçirilməsi nəzərdə tutulub.

Festival çərçivəsində bu tədbirlər baş tutacaq:

26 oktyabr saat 15.00 - Azərbaycan Bəstəkarlar İttifaqı “Vasif Adıgözəlov- 80” adlı elmi konfrans və kamera konserti.

27 oktyabr saat 15.00 - Azərbaycan Milli Konservatoriyası “Vasif Adıgözəlovun yaradıcılıq irsi” Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, dirijor Ağaverdi Paşayev.

28 oktyabr saat 19.00 Beynəlxalq Muğam Mərkəzi - “Vasif Adıgözəlovun mahnı çələngi” .

29 oktyabr saat 15.00 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası - “Vasif Adıgözəlova ithaf” “Bakı-sinfoniyetta” orkestri, dirijor Cavad Tağızadə.

30 oktyabr saat 19.00 Azərbaycan Dövlət Filarmoniyası - Vasif Adıgözəlovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, dirijor Yalçın Adıgözəlov.

31 oktyabr saat 19.00 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Vasif Adıgözəlov “Natəvan”, 3 hissəli opera.
Geri dön