Ana Sayfa > Siyasət > Çexiya XİN erməni yalanlarını üzə çıxardı
Çexiya XİN erməni yalanlarını üzə çıxardı29-06-2017, 16:32. Yazar: admin |
Çexiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Ermənistandakı səfiri Pyotr Mikiskanın Azərbaycan əleyhinə açıqlamalar verdiyi barədə erməni mətbuatının iddialarını təkzib edib. Çexiya XİN-in mətbuat katibinin müavini İrena Valentova Trend-ə bildirib ki, səfir P.Mikiska Yerevanda keçirilmiş mətbuat konfransında iştirak edib: "Mətbuat konfransının hesabatı səfir tərəfindən razılaşdırılmayıb və hesabatda yer alan bəyanatlar səfir tərəfindən səsləndirilməyib”. Mətbuat katibi onu da bildirib ki, bundan sonra Azərbaycanın Çexiyadakı səfiri Çexiya XİN-də qəbul edilib: "Bütün qeyd edilənləri nəzərə alaraq, tərəflər bu məsələni həll olunmuş hesab edir”. Bir müddət əvvəl Ermənistan KİV-ləri məlumat vermişdi ki, Çexiyanın Yerevandakı səfiri Azərbaycanın Avropa Parlamentinin bir sıra deputatlarını, o cümlədən çexiyalı siyasətçini beynəlxalq axtarışa verməsi ilə bağlı Azərbaycan əleyhinə açıqlamalar verib. AİA.az Geri dön |