Ana Sayfa > Cəmiyyət / Karusel > Azərbaycanlı çempion qəzada öldü

Azərbaycanlı çempion qəzada öldü


29-06-2017, 12:20. Yazar: admin
Azərbaycanlı çempion qəzada öldü



Azərbaycanlı idmançı, dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb.

AİA.az BakuPost.az-a istinadən xəbər verir ki, idmançı avtomobil qəzasına düşüb. Belə ki, dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev faktı BakuPost.az-a təsdiqləyib. Bildirib ki, o, bu sahə üzrə tanınmış idmançı İlqar Məmmədovun qızıdır.

Faktla bağlı araşdırma aparılır.

AİA.az
Geri dön