Ana Sayfa > Cəmiyyət / Karusel > FHN Masallıdakı ağır yol qəzası barədə məlumat yayıb

FHN Masallıdakı ağır yol qəzası barədə məlumat yayıb


29-06-2017, 10:37. Yazar: admin
FHN Masallıdakı ağır yol qəzası barədə məlumat yayıb


Fövqəladə Hallar Nazirliyi Masallı rayonunda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Sərçuvar kəndində "Mercedes” markalı yük avtomobilinin "VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Nəticədə "VAZ” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 06:30-da başa çatıb.​


AİA.az
Geri dön