Ana Sayfa > Şou-biznes / Karusel > “NAZ-Lifan”a təlabat artıb

“NAZ-Lifan”a təlabat artıb


24-06-2017, 12:26. Yazar: admin
“NAZ-Lifan”a təlabat artıb


Naxçıvan Avtomobil Zavodunda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda zavodda 15 modeldə "NAZ-Lifan” avtomobili istehsal edilir.

Bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Hazırda istehsal olunan maşınların daha münasib qiymətə istehlakçılara təqdim olunması ilə əlaqədar layihələr hazırlanır. Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir.

Qeyd olunub ki, avtomobilin müəyyən hissələrinin Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur. Xaricdə istehsal olunan avtomobillərdən daha ucuz qiymətə satışa çıxarılan "NAZ-Lifan” markalı minik avtomobillərinə tələbat ildən-ilə artır.



AİA.az
Geri dön