Ana Sayfa > Gündəm > Prokuror Bakıda polisi güllələyən şəxsə 13 il cəza istədi

Prokuror Bakıda polisi güllələyən şəxsə 13 il cəza istədi


23-06-2017, 17:48. Yazar: admin
Prokuror Bakıda polisi güllələyən şəxsə 13 il cəza istədi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilərək axtarışa verilən Eldar Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və çıxış üçün dövlət ittihamçısına söz verilib. Prokuror E.Zeynalovun 13 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses iyunun 29-na keçirilib.

İttihama görə, E. Zeynalov 2002-ci ildə Mehman Bağırov, İlham Bağırov və Zakir Ağamirzəyev ilə digər tanışı Alışov Etibar Tofiq oğlunun idarə etdiyi "Daewo-Nexia" markalı avtomobildə Mehman Bağırovun Zakir Ağamirzəyevi öldürməsini görüb. Bundan sonra istintaqdan yayınmaq məqsədilə M.Bağırov və İ.Bağırovla birlikdə Bakı şəhərində yerləşən mənzillərdən birində gizlənib. Bir müddət sonra o hadisəni araşdırmaq məqsədilə mənzilə gələn polis əməkdaşlarına evdə olan "Makarov" tipli tapançadan atəş açaraq polis əməkdaşı Məhəmməd Ağayevi ağır yaralayıb. Xəstəxanaya çatdırılan M.Ağayevin həyatını xilas etmək mümkün olub. Digər şəxslər həbs olunsa da, E.Zeynalov hadisə yerindən qaçaraq Rusiyada gizlənib.

E.Zeynalov ötən il Rusiyada yaxalanaraq, istintaqa təhvil verilib.


AİA.az
Geri dön