Ana Sayfa > Gündəm > Bakı Metrosunun stansiyaları Tarkana görə iş vaxtını dəyişdi

Bakı Metrosunun stansiyaları Tarkana görə iş vaxtını dəyişdi


23-06-2017, 16:48. Yazar: admin
Bakı Metrosunun stansiyaları Tarkana görə iş vaxtını dəyişdi



Bu gün Bakı metropolitenin üç stansiyası gecə saat ikiyə kimi işləyəcək.

AİA.Az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev baku.ws-yə bildirib ki, bu gecə 28 May, Sahil və İçərişəhər metro stansiyaları gecə saat ikiyə (02:00) kimi işləyəcək.

Digər stansiyalar isə adi qrafiklə işləyəcək. Qeyd edək ki, ifaçı Tarkan bu gün "Formula 1" oyunlarının açılış mərasimində səhnəyə çıxacaq.


AİA.az
Geri dön