Ana Sayfa > Media / Karusel > Bakıda Formula 1 zamanı evlilik təklifi - FOTO
Bakıda Formula 1 zamanı evlilik təklifi - FOTO23-06-2017, 16:27. Yazar: admin |
![]() Bakıda keçirilən Formula 1 yarışı zamanı maraqlı hadisə qeydə alınıb. AİA.Az Trend-ə istinadən xəbər verir ki, britaniyalı turist Qrem Barker sevgilisi Viktoriya Uilyamsa evlilik təklif edib. O, öz təklifini britaniyalı pilot Lüis Hemiltonun bolidi qarşısında səsləndirib. Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib. Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq. Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar. AİA.az Geri dön |