Ana Sayfa > Gündəm / Manşet > Cavid Qurbanova medal verildi - FOTO

Cavid Qurbanova medal verildi - FOTO


23-06-2017, 16:20. Yazar: admin
Cavid Qurbanova medal verildi - FOTO

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında qazanılan nailiyyətlərə və dəmiryolçuların sosial problemlərinin həllində göstərdiyi əvəzsiz xidmətlərə görə,

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov MDB və Baltikyanı ölkələrin Ümumhəmkarlar İttifaqı Konfederasiyasının 25 illik gümüş xatirə nişanı ilə təltif olunub.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Modern.az-a verdiyi məlumata görə, xatirə nişanı bu gün Cavid Qurbanova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev tərəfindən təqdim edilib.
Geri dön