Ana Sayfa > Cəmiyyət / Manşet > “Porsche” ilə qadını öldürən Ağaəli haqda məhkəmə qərarı

“Porsche” ilə qadını öldürən Ağaəli haqda məhkəmə qərarı


23-06-2017, 11:50. Yazar: admin
“Porsche” ilə qadını öldürən Ağaəli haqda məhkəmə qərarı


Məhkəmə Bakıda "Porsche” ilə qadını vuraraq öldürən yeniyetmə barəsində qərar çıxarıb.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, Sabunçu rayon Məhkəməsinin iyunun 22-də qəbul etdiyi qərarı ilə Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib və o, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilib.

Qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.

AİA.az
Geri dön