Ana Sayfa > Dünya / Aia TV / Karusel > “Yoldaşımı mən bıçaqlamamışam”

“Yoldaşımı mən bıçaqlamamışam”


21-10-2015, 16:29. Yazar: admin
“Yoldaşımı mən bıçaqlamamışam”

"İlhaməyə zəng vurub dedim ki, ayıbdır..."

Bir neçə gün öncə saxlanılan xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova Bəylərqızı barədə həyat yoldaşı Tofiq danışıb. Lent.az-a müsahibə verən Tofiq bəy həyat yoldaşı barədə sualları cavablandırıb:

- Həyat yoldaşınızın xalq artisti İlhamə Quliyevanın evindən oğurluq etdiyi deyilir...

- Mənim evimə oğurluq heç bir şey gəlməyib. Mən heçnə görməmişəm və belə bir şey də ola bilməz. Bu, sadəcə bizim ailəmizə atılan şər və böhtandır.

- Mehriban Hüseynova mətbuata açıqlama verib ki, İlhamə xanım onu bıçaqlayıb. Amma İlhamə xanım da söyləyir ki, şərdir, onu siz bıçaqlamısınız...

- (Sözümü yarımçıq kəsir...) Mən heç barmağımın ucu ilə də həyat yoldaşıma toxunmamışam. Həyatı boyu elə bir şey ola bilməz ki, mən onu bıçaqlayam. Həyatda Mehribandan çox istədiyim varlıq ola bilməz. Mənim üçün göydə Allah, yerdə həyat yoldaşımdır.

- Onda deyirsiniz ki, onu İlhamə xanım bıçaqlayıb?

- İndi orasını istintaqdan sonra biləcəyik. Hazırda istintaq gedir.

- Bu məsələ ilə əlaqədar İlhamə Quliyevaya zəng edib, yalvarmısınız?

- Mən ona yalvarmamışam. Onlar başqa yerə yozmasınlar. Sadəcə, mən İlhaməyə zəng elədim ki, ayıbdır, bu söhbətləri bu boyda şişirtməyin. Bunun üçün zəng etmişdim.

- Bununla bağlı harasa müraciət etmisiniz?

- Bəli, mən də həyat yoldaşımda izahatımızı vermişik. İş gedir, özünüz də inşallah sonunu görəcəksiniz.

- Düşünürsünüz ki, xalq artisti İlhamə Quliyevanın söylədikləri şərdir?

- Əlbəttə ki, mən də yoldaşıma da şər atırlar.

- Bəs həyat yoldaşınız Mehriban Hüseynova indi hardadır?

- Mən özüm bilirəm həyat yoldaşım hardadır.
Geri dön