Ana Sayfa > Siyasət > Əli Əhmədov: İqtisadi maraqlar Azərbaycan-Moldova əməkdaşlığının inkişafını zəruri edir
Əli Əhmədov: İqtisadi maraqlar Azərbaycan-Moldova əməkdaşlığının inkişafını zəruri edir22-06-2017, 16:29. Yazar: admin |
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Moldova rəsmiləri ilə görüş keçirilib. Trend-in məlumatına görə, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov Moldova Sosialistlər Partiyasının sədri Zinaida Qreçanini və Moldova Prezidenti Aparatı rəhbərinin müavini Nikolay Posturusunu qəbul edib. Ə.Əhmədov bildirib ki, Azərbaycan ilə Moldova arasında səmərəli əməkdaşlıq mövcuddur. İki ölkənin mövqeləri bir çox məsələlərdə üst-üstə düşür: “Beynəlxalq müstəvidə də Azərbaycan ilə Moldova arasında səmərəli əməkdaşlıq edir. İqtisadi maraqlar iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsini zəruri edir”. YAP rəsmisi vurğulayıb ki, iki ölkənin hakim partiyaları arasında da əlaqələr yüksək səviyyədədir: “Əlaqələrin bundan sonra da inkişaf etdirilməsi hər iki tərəfin marağındadır”. Daha sonra çıxış edən Z.Qreçani Azərbaycanda səfərdə olduqlarından məmnun olduğunu bildirib: "Son 20 il ərzində Azərbaycanla Moldova arasında yüksək əlaqələr formalaşıb, bir sıra sahələrdə faydalı əməkdaşlıq edilir: “Moldova Prezidenti İqor Dodonun Azərbaycana səfəri və keçirilən görüşlər iki ölkə arasında əməkdaşlığın yeni səhifəsini açacaq”. Görüşdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib. AİA.az Geri dön |