Ana Sayfa > Gündəm / Manşet > Bu il fitrə zəkatının həcmi nə qədər oldu? - QMİ-dən CAVAB

Bu il fitrə zəkatının həcmi nə qədər oldu? - QMİ-dən CAVAB


22-06-2017, 12:06. Yazar: admin
Bu il fitrə zəkatının həcmi nə qədər oldu? - QMİ-dən CAVAB



Azərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası məsləhət görülür.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumatda qeyd olunur ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.
Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün imkansızlara, ehtiyacı olan ailələrə fitrə zəkatı verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.(Trend)


AİA.az
Geri dön