Ana Sayfa > Gündəm > Daşkəsəndə ana və körpəsini öldürən ata tutuldu - YENİLƏNİB
Daşkəsəndə ana və körpəsini öldürən ata tutuldu - YENİLƏNİB21-06-2017, 17:13. Yazar: admin |
Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb. AİA.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb. Kənd sakini 37 yaşlı Kəmalə Məmmədova və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb. Qadının üzərində xəsarət izləri var, onun və körpəsinin qətlə yetirildiyi bildirilir. Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi ehtimal olunur. Hazırda R. Ələkbərov axtarılır. Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır. *** Daşkəsən rayonunda ana və körpəsinin qətlində təqsirləndirilən şəxs saxlanılıb. APA-nın xəbərinə görə, hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərov Göygöl rayonu ərazisində tutularaq istintaqa təhvil verilib. AİA.az Geri dön |