Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda 10-a yaxın bankın kapital çatışmazlığı var
Azərbaycanda 10-a yaxın bankın kapital çatışmazlığı var21-06-2017, 15:20. Yazar: admin |
Azərbaycanda fəaliyyət göstərən 10-a yaxın bank Maliyyə Bazarlarına Nəzarət Palatasının kapital tələblərinə cavab vermir. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev bildirib O qeyd edib ki, bu nəticələr yerli bankların beynəlxalq auditinin yekunları əsasında əldə edilib. Belə ki, həmin bankların məcmu kapitalı 50 milyon manatdan azdır. Zakir Nuriyev manatın məzənnəsindən də danışıb. Qeyd edib ki, manatın məzənnəsi ölkədə baş verən iqtisadi proseslərdən asılı olaraq dəyişə bilər. Onun sözlərinə görə, son aylarda manatın məzənnəsinin stabilləşməsi onun daim bugünkü səviyyədə qalacağı demək deyil. AİA.az Geri dön |